Prezidentimiz İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. 4 saatdan çox davam edən konfransda Prezident İlham Əliyev 35 media qurumunun 50-dək sualını cavablandırmışdır. Dövlət başçısı mətbuat konfransında jurnalistlərin suallarına dörd dildə - azərbaycan, türk, ingilis və rus dillərində cavab verib. Media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev öz çıxışında deyib: Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır. Bu soyqırımın nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106 -sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu II Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilmişdir. Xocalı soyqırımı dünya içtimaiyyəti tərəfindən tanınır. 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırım kimi tanımış, təsdiq etmişdir. Bu gün də Azərbaycanda bir çox tədbirlər keçirilir və bu tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupu gəlib. Böyük Britaniyadan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı Prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirib. Biz inanırıq ki, Cənab Prezidentimizin rəhbərliyi altında xalqımız parlaq gələcəyə iri addımlarla gedəcək.Aynurə Həsənova, Xocalı şəhər sakini